Helikobakter pilori: Əlamətləri və müalicəsi

Helikobakter pilori nədir?

Tez-tez qarnınızda ağrılar olur? Sizi ürəkbulanma, yeməkdən sonra ağırlıq hissi və gəyirmə narahat edir? Ehtimal ki, mədə-bağırsaq traktınızda kiçik, lakin aqressiv bir bakteriya – Helikobakter pilori məskunlaşıb. Helikobakter pilor patogen bakteriyaların bir növü olub, mədə və on iki barmaq bağırsağı zədələyir.

Bu mikroorqanizmlər çoxlu miqdarda toksin ifraz edən parazitlərdir və onlar daxili orqanların selikli qişasını zədələyir. Həmin zədələnmələr iltihablara və qastritə, xoralara və bunun da nəticəsində xərçəngə gətirib çıxara bilər.

Bu günə məlum olan mikroorqanzmlərdən çoxu mədənin turş mühitində yaşaya bilmir, lakin helikobakter üçün bu mühit, əksinə, əlverişlidir.

Helikobakter pilorinin yaranma səbəbləri

Helikobakter pilori açıq havada qətiyyən yaşaya bilmir. Bir qayda olaraq, onlar insana ağız suyu və kontak zamanı selikli qişa vasitəsilə keçir.

Adətən yoluxma məişət yolu ilə – qab-qacaq və şəxsi gigiyena vasitələri ilə baş verir. Risk qrupuna daha çox xəstə ilə kontaktda olan yaxınları daxildir.

Qida borusu vasitəsilə mədəyə düşən bakteriya turş mühitin təsirinə baxmayaraq ölmür, asanlıqla selikli qişaya daxil olub toxumaları dağıdır, bu isə normal fəaliyyəti əngəlliyir.

Bu zaman mədənin selikli qişası iltihablanır, daha sonra eroziya, qastrit və xoralar yaranır.

Hesab olunur ki, bakteriya vaxtında müalicə olunmazsa, mədə xərçənginin əmələ gəlmə riski əhəmiyyətli dərəcədə artır.

Helikobakter pilorinin əlamətləri

Helikobakter pilorinin əsas əlaməti mədə nahiyəsində tez-tez yaranan möhkəm ağrılardır. Ağrılar adətən acqarına yaranır və qida qəbulundan sonra azalır. Bu simptomlar mədə divarlarında xora və eroziyalardan xəbər verir.

Qeyd etmək lazımdır ki, helikobakterə yoluxmuş pasiyentlər tez-tez gəyirmə və mədədə ağırlıqdan da şikayətlənirlər, həmçinin, yağlı ət qəbulu zamanı onun pis həzm olunması da müşahidə edilə bilər.

Bundan başqa, ürəkbulanma, nadir hallarda qusma qeydə alınır.

Helikobakter pilori necə müalicə edilir?

Helikobakter pilori infeksiyasının qarşısını almaq mümkündürmü?

Helikobakter pilori infeksiyasına yoluxma riskinizi aşağıdakı hallarda azalda bilərsiniz:

  • Təmiz su için və qida hazırlayarkən təmiz sudan istifadə edin. (Bu, xüsusilə su təchizatının çirkləndiyi məlum olan dünya bölgələrində yaşayırsınızsa, vacibdir.)
  • Yeməkdən əvvəl və tualetdən istifadə etdikdən sonra əllərinizi sabun və su ilə əsaslı şəkildə (20 saniyə) yuyun.

Səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün mütləq həkiminizlə məsləhətləşin.

qastroskopiya (zond udmaq) müayinəsi
DAVİNCHİ KLİNİKA LƏNKƏRAN

16 mART

DNK KLİNİKA GƏNCƏ

24 mart