SİBO xəstəliyi nazik bağırsaq da, aşırı bakterial çoxalma nəticəsində yaranır. Nazik bağırsağınızda bakteriyaların yaşaması normal və sağlamdır, lakin həddindən artıq çox olduqda – xüsusilə də yanlış növdə olduqda – həzm sisteminiz üçün problemlər yarada bilər.
Sibo nədir?
Normal şəraitdə bağırsaq florası — yəni bağırsaqlarımızda yaşayan faydalı bakteriyaların məcmusu — əsasən yoğun bağırsaqda (qalın bağırsaqda) cəmləşir.
Nazik bağırsaqda isə bakteriya sayı nisbətən azdır, çünki qida burada daha sürətli hərəkət edir və mədə turşusu, öd, bağırsağın öz hərəkətliliyi kimi mexanizmlər bakteriyaların həddindən artıq çoxalmasının qarşısını alır.
SİBO zamanı bu təbii tarazlıq pozulur və nazik bağırsaqda normaldan qat-qat çox bakteriya toplanır. Bu artıq bakteriyalar qidalardakı karbohidratları vaxtından əvvəl fermentasiya edərək qaz istehsal edir. Nəticədə köp, ağrı, ishal və ya qəbizlik kimi əlamətlər yaranır.
Bundan əlavə, uzunmüddətli SİBO bağırsağın vitamin və mineralları — xüsusilə B12 vitamini, dəmir və yağda həll olan vitaminləri (A, D, E, K) — düzgün mənimsəməsinə mane ola bilər. Bu da zamanla arıqlama, enerji çatışmazlığı və digər qidalanma problemlərinə səbəb ola bilər.
Qarında köp, aşırı qaz, pis qoxulu qaz, ağız qoxusu, qarında sancı, ishal, qəbizlik və yaxud da hər ikisinin növbələşməsi kimi əlamətləriniz varsa, müasir dövrün müasir xəstəliyi SİBO xəstəliyi sizdə ola bilər.
Çox vaxt Sibo xəstəliyi irritabul bağırsaq sindromu ilə qarışıq salınır, lakin mən öz xəstələrimdə də otuz qırx faiz hallarda bu iki xəstəliyi bir yerdə görürük.
Daha çox bakteriya mövcud olduqda və qidalandıqda, həmişəkindən daha çox köp hiss edə bilərsiniz. Bakteriyalar həmçinin orqanizminiz üçün nəzərdə tutulmuş zülalları və B12 vitaminini, eləcə də yağların həzmində kömək etməli olan öd duzlarını mənimsəyirlər.
SİBO xəstəliyinin əlamətləri
Sibo xəstəliyinin simptomları bir çox başqa mədə-bağırsaq xəstəliklərinə bənzəyə bilər və çox vaxt başqa bir xəstəlik SIBO-ya səbəb olur.
Vəziyyətinizin ağırlığından asılı olaraq bu simptomların bir neçəsini və ya çoxunu yaşaya bilərsiniz:
- Qarın ağrısı.
- Qarında şişkinlik
- Ürəkbulanma.
- Köp.
- Həzmsizlik.
- Qaz.
- İshal.
- Qəbizlik.
- İstəmədən çəki itirmə.
- Yorğunluq.
Lakin bəiz xəstələrdə digər bağırsağa bağlı olmayan əlamətlərlə də özünü göstərə bilər.
- Yuxusuzluq
- Baş ağrısı
- Halsızlıq
- Depressiv hal

SİBO xəstəliyi nədən yaranır?
SİBO xəstəliyinin yaranmasında etioloji faktorlar arasında uzun müddət qeyri steroid dərmanlardan istifadə, antibiotiklərdən istifadə, bağırsaq mikro florasının pozulması çox önəmli yer tutur.
SİBO xəstəliyi ən çox kimlərdə görülür?
SİBO istənilən yaşda inkişaf edə bilsə də, bəzi qruplarda risk daha yüksəkdir:
- İrritabl Bağırsaq Sindromu (İBS) diaqnozu olan xəstələr
- Diabet xəstələri (xüsusilə bağırsaq sinirlərinə təsir edən uzunmüddətli diabet)
- Əvvəllər qarın nahiyəsində əməliyyat keçirmiş şəxslər
- Yaşlı insanlar, çünki yaşla birlikdə bağırsaq hərəkətliliyi təbii olaraq zəifləyir
- Uzunmüddətli mədə turşusunu azaldan dərman qəbul edənlər
- Çölyak xəstəliyi və ya xroniki pankreatit olan xəstələr
- Skleroderma kimi autoimmun xəstəliyi olanlar
Əgər siz bu qruplardan birinə aid olub, yuxarıda qeyd olunan həzm əlamətlərini yaşayırsınızsa, həkiminizlə SİBO ehtimalını müzakirə etmək faydalı ola bilər.
Bu xəstəliklər hansılardır?
- Çölyak xəstəliyi
- İltihabi bağırsaq xəstəlikləri
- Laktoz intoleransı
- İrritable bağırsaq sindromu
Bu zamanda Sibo xəstəliyinin verdiyi əlamətlər görülə bilər.
SİBO-ya səbəb olan amillər
SİBO adətən müstəqil xəstəlik kimi deyil, başqa bir problemin nəticəsi kimi ortaya çıxır. Əsas səbəblər aşağıdakılardır:
Bağırsaq Hərəkətliliyinin Pozulması
Nazik bağırsağın normal daxili “təmizlənmə” mexanizmi (miqrasiya edən motor kompleksi adlanır) bağırsağı vaxtaşırı bakteriyalardan təmizləyir. Bu mexanizm zəiflədikdə və ya pozulduqda bakteriyalar bağırsaqda yığılmağa başlayır. Bu vəziyyət diabetdə, skleroderma kimi xəstəliklərdə və ya sinir sistemi problemlərində daha çox rast gəlinir.
Struktur Dəyişikliklər
Əvvəllər keçirilmiş qarın əməliyyatları, bağırsaq darlıqları (striktura), yapışqanlıq (adheziya) və ya divertikullar (bağırsaq divarında əmələ gələn kiçik kisəciklər) bağırsaqda bakteriyaların “yığılıb qalması” üçün əlverişli mühit yarada bilər.
Mədə Turşusunun Azalması
Mədə turşusu qidalarla birlikdə daxil olan bakteriyaların bir qismini məhv edir. Uzunmüddətli mədə turşusunu azaldan dərmanların (protonpompa inhibitorları — reflü və qastrit üçün geniş istifadə olunan dərman qrupu) istifadəsi və ya digər səbəblərdən mədə turşusunun az ifraz olunması SİBO riskini artıra bilər.
Digər Risk Faktorları
- İrritabl Bağırsaq Sindromu (İBS)
- Çölyak xəstəliyi
- Xroniki pankreatit
- Immun sisteminin zəifləməsi
- Bağırsaq qapaqcığının (ileosekal klapan) zəif funksiyası
Nə zaman həkimə müraciət etməlisiniz?
Əgər aşağıdakı əlamətlərdən hər hansı biri sizdə uzun müddətdir davam edirsə, qastroenteroloq həkiminə müraciət etməyiniz tövsiyə olunur:
- Yeməkdən sonra davamlı köp və şişkinlik
- Səbəbsiz arıqlama
- Xroniki ishal və ya qəbizlik
- Davamlı, izaholunmaz yorğunluq
- Vitamin çatışmazlığı əlamətləri (keyimə, dəri problemləri və s.)
- Nəcisdə qan və ya gecə tərləməsi kimi “təhlükə əlamətləri” (bunlar SİBO-dan fərqli, daha ciddi vəziyyətlərə işarə edə bilər)
Erkən diaqnoz və müalicə uzunmüddətli fəsadların (məsələn, vitamin çatışmazlığı, arıqlama) qarşısını almaqda böyük əhəmiyyət daşıyır.
SİBO xəstəliyinin diaqnozu
Xəstəliyin diaqnosatikasında hazırda Azərbaycan bir az çətinliklər çəkirik. Bu səbəbdən, biz xəstədən çox ciddi anamnez toplayırıq ki, bu diaqnozu qoymağa çalışaq.
Diaqnozun qoyulmasında invaziv və non invaziv testlər var ki, dünyada rahat olduğu üçün ən çox non invaziv testlər istifadə olunur.
Lakin Azərbaycan çox istifadə edə bilmədiyimiz üçün çox çətinliklə diaqnozu qoya bilirik. Lakin, xəstələrin şikayətlərinə görə bu diaqnozu qoyub müalicə tətbirlərimizi apara bilirik.
SİBO xəstəliyinin müalicəsi
Yüngül gedişli formalarında hətta pəhriz belə yetərli olur.
Pəhriz zamanı nələrə diqqət etməliyik?
- Şəkərli qidalardan uzaq durmaq
- Qlutensiz bəslənmək
- Bol maye qəbul etmək
- Lifli qidalara üstünlük vermək
Lakin xəstəlik əgər çox ağır və ciddi əlamətlərlə özünü göstərirsə, keçməyən ishal, qarın ağrısı, çəki itkisi, bu zaman biz mütləq yanaşı olaraq ciddi ağırlaşmalar görürük.
Dəmir defisiti, lazımı vitamin əskikliyi, mineralların defisiti və xüususilə yağda həll olan vitaminlərin defisitini görürük ki, mütləq müalicə zamanı bu çatışmayan vitaminlər və minerallar yerinə qoyulmalıdır.
Müalicə taktikamızda SİBO xəstəliyini yarandan səbəbləri aşkarlayıb ortadan götürmək lazımdır.
Qaz, Şişkinlik, İshal, Qəbizlik, Keçməyən ağrılar Keçməyən baş ağrısı, Depressiya
Bütün bu hallar sizdə müşahidə olunursa mütləq həkim mütəxəssisə müraciət etməyiniz tövsiyyə olunur.
Bu şikayətləriniz altında SİBO xəstəliyi çıxa bilər.
Tez-tez verilən suallar
Sibo xəstəliyi yoluxucudurmu?
Xeyr, SİBO yoluxucu xəstəlik deyil. Bu, bağırsağın öz daxili florasının qeyri-normal artımı nəticəsində yaranan bir vəziyyətdir və insandan insana keçmir.
SİBO neçə müddətdə müalicə olunur?
Standart antibiotik kursu adətən 10-14 gün davam edir. Simptomların tam yüngülləşməsi isə əsas səbəbdən və xəstənin fərdi vəziyyətindən asılı olaraq bir neçə həftədən bir neçə aya qədər çəkə bilər. Müalicə planını yalnız həkim müəyyənləşdirməlidir.
SİBO zamanı hansı qidalardan çəkinmək lazımdır?
Adətən yüksək FODMAP tərkibli qidalar (məsələn, bəzi meyvələr, soğan, sarımsaq, süd məhsulları) simptomları gücləndirə bilər. Ancaq dəqiq pəhriz planı fərdi qaydada dietoloq və ya həkim tərəfindən tərtib olunmalıdır.
SİBO ilə İBS arasında fərq nədir?
İrritabl Bağırsaq Sindromu (İBS) simptomlara əsaslanan bir diaqnozdur, SİBO isə nəfəs testi ilə təsdiqlənə bilən konkret bir vəziyyətdir. Tədqiqatlar göstərir ki, İBS diaqnozu olan xəstələrin bir hissəsində əslində SİBO mövcuddur, buna görə oxşar simptomları olan xəstələrə SİBO testi tövsiyə oluna bilər.
SİBO evdə necə müalicə olunur?
SİBO-nun əsas müalicəsi (antibiotik və ya digər dərman terapiyası) həkim nəzarəti altında aparılmalıdır. Evdə yalnız həkimin tövsiyə etdiyi qidalanma rejiminə riayət etmək və simptomları izləmək mümkündür. Özbaşına müalicə tövsiyə edilmir.
SİBO nəfəs testinin nəticəsi neçə günə hazır olur?
Bu, laboratoriyadan asılı olaraq dəyişir, lakin adətən test aparıldıqdan bir neçə gün sonra nəticə hazır olur. Dəqiq müddət üçün müayinəni apardığınız klinika ilə əlaqə saxlamaq daha doğru olar.
Səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün mütləq həkiminizlə məsləhətləşin.