Divertikulit, həzm sisteminin divarında, xüsusən də yoğun bağırsaqda (kolonda) əmələ gələn kiçik, kisəyəbənzər çıxıntıların (divertikulların) iltihablaşması və ya infeksiyalaşmasıdır. Bu vəziyyət tez-tez “divertikulyoz” adlanan bir haldan sonra inkişaf edir.
Divertikulyoz sadəcə bu kisəciklərin mövcud olması deməkdir və adətən heç bir əlamətə səbəb olmur. Divertikulit isə bu kisəciklərdən birinin və ya bir neçəsinin iltihablandığı daha ciddi bir vəziyyətdir.
Divertikulit səbəbləri nədir?
Divertikultin dəqiq səbəbi tam olaraq bilinməsə də, irəli yaş, genetik meyllilik, lif baxımından kasad pəhriz, dərmanlar, yoğun bağırsaq motorikasında (hərəkətliliyində) pozulmalar, enterik nevroloji sistemdəki pozulmalar, bağırsaq mikrobiotasındakı balanssızlıq günahlandırılır.
Yaşla birlikdə görülmə tezliyi 60-70% nisbətinə çıxır, xüsusilə 50 yaşdan yuxarı insanlarda görülmə tezliyi artır.
Ən çox rast gəlinən ağırlaşma abssesdir. Bununla yanaşı, bu absses və perforasiyaya bağlı peritonit inkişaf edə bilər. Qanaxma daha çox sağ tərəfdə görülür.
Ağırlaşmaların daha da dərinləşməsi ilə yoğun bağırsaqda tıxanmaya və/və ya xəstəliyi qonşu orqanlara yayaraq fistul adlanan yollar əmələ gətirməyə başlayır.
Bu yollar ən çox yoğun bağırsaq ilə sidik kisəsi arasında ola bilər. Xəstə sidiyə çıxma zamanı nəcis gəlməsindən şikayət edir.
Divertikulit əlamətləri nədir?
Təkrarlanan və uzun sürən qarın ağrısı. Bu ağrı adətən sol aşağı tərəfdə və qasıqüstü (suprapubik) nahiyədə olur.
Bağırsaq vərdişində qəbizlik və ya ishal kimi dəyişikliklərin olması.
Tez-tez sidiyə çıxma, sidikdə yanma, ani sidiyə sıxışma və davamlı sidik yolu infeksiyaları görülür.
Peritonit, absses vəziyyətində şiddətli ürəkbulanma, qusma şikayəti ilə xəstə təcili yardıma müraciət edə bilər.
Divertikulit diaqnozu necə qoyulur?
Əksəriyyəti heç bir əlamət və simptom vermir, adətən təsadüfən edilən müayinələr zamanı aşkar edilir. Diaqnozda ən təsirli müayinə cihazı kompüter tomoqrafiyasıdır (KT). Tomoqrafiya xəstəliyin şiddətini, yayılma dərəcəsini və yaratdığı ağırlaşmaları ən yaxşı təsvir edən cihazdır.
Tomoqrafiyanın edilə bilmədiyi hallarda ultrasəs müayinəsi (USM) və ya maqnit rezonans (MRT) ilə diaqnoz qoyulur. Kolonoskopiya ayırıcı diaqnostikada və əməliyyatdan əvvəl çıxarılacaq hissənin işarətlənməsində istifadə olunur.
Divertikulit müalicəsi necə aparılır?
Təsadüfən tapılan və hər hansı bir şikayətə səbəb olmayan divertikullara hər hansı bir müdaxilə edilmir. Liflə zəngin pəhriz, bol su qəbulu və fiziki fəaliyyət tövsiyə edilir.
20%-lik qrupda olan və müdaxilə tələb edən qrupa, kəskin qeyri-ağırlaşmış (non-komplike) qrupda isə qarın ağrısı, qızdırma kimi əlamətlərin şiddətinə görə xəstə ya ambulator müalicə edilir, ya da stasionara yerləşdirilərək antibiotik müalicəsi aparılır.
Bu qrupdakı xəstələrdə tutmalar (ataklar) tez-tez olarsa, simptomların şiddəti və tezliyi həyat keyfiyyətini pozacaq dərəcəyə çatarsa, aparılacaq cərrahi əməliyyatın effektiv olduğuna qərar verilərsə, xəstənin seçimi ilə əməliyyat planlaşdırılır. Əməliyyatda məqsəd xəstəlikdən təsirlənən hissənin çıxarılmasıdır.
Əksər hallarda sigmoid adlanan və sol tərəfdə yerləşən yoğun bağırsağın çıxarılması əməliyyatıdır. Ağırlaşmış, yəni absses, qanaxma, perforasiya, fistul və tıxanma inkişaf etmiş xəstələrdə əməliyyat qərarı almaq daha qəti və üstünlük verilən səbəbdir.
Bu qrupda məqsəd təcili vəziyyəti nəzarət altına alına bilən hala gətirməkdir. Xəstəni təcili vəziyyətdən çıxarıb infeksiyanın və ya digər ağırlaşmaların nəzarət altında olduğu elektiv (planlı) deyilən zamanda əməliyyatını etməkdir. İnfeksiyanın nəzarət altına alına bilmədiyi hallarda təcili əməliyyat qərarı alına bilər. Bu vəziyyətdə əməliyyat aparılarsa, kolostoma və ya ileostoma açılma riski artır.
Divertikulit hansı xəstəliklərə yol açır?
Kəskin divertikuliti olan şəxslərin təxminən %25-də aşağıdakı sağlamlıq problemləri yaranır:
- Kisədə irin toplanması nəticəsində yaranan abses,
- Çapıq toxuması səbəbindən bağırsaqda meydana gələn tıxanma,
- Bağırsaq hissələri arasında və ya bağırsaq ilə digər orqanlar arasında anormal bir keçid yolu (fistula),
- İnfeksiyaya məruz qalmış və ya iltihablı kisə cırılarsa, peritonit baş verə bilər və bu, bağırsaq möhtəviyyatının qarın boşluğuna tökülməsinə səbəb ola bilər. Peritonit tibbi təcili bir vəziyyətdir və dərhal yardım tələb edir.
Divertikulit xəstələri nə yeməməlidir?
Yaxın zamana qədər qoz-fındıq (çərəzlər), bitki toxumları və qarğıdalının divertikulit tutmalarına (ataklarına) səbəb olduğu düşünülsə də, daha yeni araşdırmalar bu qidaların alovlanmalara səbəb olmadığını göstərməkdədir.
Hər fərddə fərqli qidalar xəstəliyi tətikləyə bildiyi üçün, şəxs hansı qidaların simptomlara səbəb olduğunu izləyərək xəstəliyi pisləşdirən qidalardan qaça bilər.
Divertikulit pəhrizi
Müntəzəm bağırsaq hərəkətlərinə sahib olmaq, qəbizlikdən və gücənmədən qaçmaq, divertikulit xəstəliyin qarşısını almaq və ağırlaşmalarını azaltmaq üçün pəhriz vacibdir.
Bu məqsədlə aşağıdakı kimi qidalanmaq faydalıdır:
Daha Çox Lifli Qidalar İstehlak Etmək: Lif, nəcisə daha çox su çəkərək onun daha həcmli, yumşaq olmasını təmin edir. Beləcə, bağırsaqlarda daha sürətli hərəkət edərək daha asan xaric olunur.
Bol Su İçmək: Daha çox lifli qidalar istehlak etmək daha çox suyun mənimsənilməsinə səbəb olur. Bu səbəbdən nəcisi yumşaq və hərəkətli saxlamaq üçün lifli qidalarla birlikdə içilən suyun miqdarını artırmaq lazımdır.
Müntəzəm Fiziki Fəaliyyət: Mütəmadi fiziki aktivlik qidaların bağırsaq sistemindən keçməsinə kömək edir. Mümkünsə, hər gün müntəzəm olaraq 30 dəqiqə idman etmək qəbizliyin əhəmiyyətli dərəcədə qarşısını alır.
Mühüm Xəbərdarlıq və Çağırış: Bu məqalə yalnız məlumatlandırma məqsədi daşıyır və peşəkar tibbi məsləhəti, diaqnozu və ya müalicəni əvəz etmir.