Nəcisdə qan nəyin əlamətidir?

Nəcisdə qan, anal bölgədə ayaqyoluna getdikdən sonra müşahidə edilən bir vəziyyətdir. Qanaxma adətən parlaq qırmızı rəngdə olur, lakin tünd qırmızı da ola bilər.

Bu vəziyyət bir çox xəstəliyin əlaməti ola bilər və səbəbi müəyyən edilənə qədər araşdırılmalıdır. Geniş yayılmış səbəblər arasında hemorroy, anal çat, bağırsaq infeksiyaları (məsələn, Salmonella), kolon xərçəngi, qəbizlik, rektum polipləri, anal xərçəng və divertikulit var.

Əlamətlər arasında nəcisdə və ya kağızda qan, başgicəllənmə, qarın sancıları, rektum ağrısı və qarın ağrısı yer alır. Diaqnoz üçün anal müayinə aparılır.

Müalicə qəbizliyin aradan qaldırılması, ilıq oturaq vannaları və ağrıkəsici kremlərlə təmin edilir. Ağrısız və yumşaq nəcis ifrazı müalicədə vacibdir, lakin vəziyyət təkrarlana bilər və bəzən əməliyyat tələb oluna bilər.

Nəcisdə qan nə deməkdir?

Rektal qanaxma, yəni makatdan qan gəlməsi, anal bölgədə adətən ayaqyoluna getdikdən sonra müşahidə edilən bir vəziyyətdir. Nəcisdə görünən qan əksər hallarda parlaq qırmızı rəngdə olur. Bəzi hallarda qanın rəngi daha tünd qırmızı da ola bilər.

Xüsusilə uşaqlıq dövründə nəcis ifrazı zamanı və ya sonrasında qan gəlməsi tez-tez rast gəlinən və əhəmiyyət verilməsi lazım olan bir vəziyyətdir. Bir çox xəstəlik üçün ilkin əlamət kimi qarşımıza çıxır.

Bu səbəbdən qanaxmanın mənbəyi müəyyən edilənə qədər araşdırılmalıdır. Lakin burada ən çox bu vəziyyətə səbəb olan bir neçə xəstəlikdən bəhs ediləcək.

Makatdan təzə qan gəlməsi anal çatlardan və ya bağırsaqlarda meydana gələn bəzi problemlərdən də qaynaqlanıyor ola bilər. Kolon xərçəngi və bağırsaq xəstəlikləri kimi vəziyyətlərdə də rektal qanaxma ehtimalı unudulmamalıdır.

Nəcisdə qanın səbəbləri nələrdir?

Nəcisdə qan olması bəzi xəstəliklərin simptomu ola bilər. Bu xəstəliklərin bəziləri ciddi müalicə tələb edən xəstəliklər ola bilər. Lakin bəziləri isə daha yüngül gedişatlı və ağır müalicə tələb etməyən vəziyyətlər ola bilər.

Nəcisdə qan gəlməsinin səbəbləri aşağıdakılardır:

  • Bağırsaq infeksiyaları: Salmonella infeksiyası və bəzi bağırsaq infeksiyaları kimi vəziyyətlərdə qan görünə bilər.
  • Kolon xərçəngi: Kolon xərçəngi səbəbli yaranan zədələnmələr qanaxmaya səbəb ola bilər
  • Qəbizlik: Qəbizlik zamanı ayaqyoluna getməyin çətinləşməsi makatda təzə qan görünməsinə səbəb ola bilər.
  • Hemorroy: Hemorroy daxili və xarici olaraq görünə bilər. Anusun daxili hissəsində görünən hemorroy nəcis ifrazı zamanı qanaxmaya səbəb ola bilər.
  • Rektum polipləri: Rektal poliplər rektum səthində olan təbəqənin böyüməsi ilə ortaya çıxır və nəcis ifrazı zamanı asanlıqla qanaya bilər.
  • Anal çat: Anusda çat, uşaqlıq dövründə nəcis ifrazı zamanındakı qanaxma səbəbləri arasında ilk sırada yer alır. Hər yaşda görünməklə birlikdə körpəlikdən uşaqlığa keçid dövründə daha çox rast gəlinir. Bu dövrdə bərk qidalarla qidalanmağa keçildikdə uşağın nəcisi də getdikcə bərkləşməyə başlayır. Bir çoxları üçün problemsiz keçən bu dövr, bəzilərində daha bərk və böyük həcmli nəcis ifrazı şəklində olur. Bunun nəticəsi olaraq anus kənarında cırıq (çatlar) əmələ gəlir. Son dərəcə ağrılı olan bu yaralanma nəcisin daha da gecikdirilməsi nəticəsinə gətirib çıxarır. Daha bərk və daha həcmli nəcis getdikcə daha dərin çatların açılmasına səbəb olan bir qüsurlu dövr içinə girir.
  • Anal xərçəng: Anal xərçəng zədələnmələri makatdan qan gəlməsinə səbəb ola bilər.
  • Divertikulit: Bağırsaqların daxili səthində əmələ gələn kiçik kisələr divertikul adlanır. Bu kisələrin iltihabına da divertikulit deyilir. Bu kisələrin iltihabı makatdan qan gəlməsinə səbəb ola bilər.
  • İltihabi bağırsaq xəstəlikləri: Kron və xoralı kolit kimi xəstəliklər anusda çat əmələ gəlməsi və nəcisdən qan gəlməsi kimi simptomlar görünməsinə səbəb ola bilər.

Müalicə necə aparılır?

Nəcisdə qan gəlməsi simptomunun müalicə üsulu, simptomu yaradan xəstəliyə görə müəyyən edilir.

Əgər bir dəfə də olsa nəcisdə qan görülübsə mütləq şəkildə həkim mütəxəssisə müraciət edərək mütləq şəkildə kolonoskopiya olunmalısınız.

Kolonoskopiya müayinəsi vasitəsilə nəcisdə qanamanın əsas səbəbi müəyyənləşdirərək ona yönəlik düzgün müalicəni edə bilirik.

Səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün mütləq həkiminizlə məsləhətləşin.

qastroskopiya (zond udmaq) müayinəsi
DAVİNCHİ KLİNİKA LƏNKƏRAN

16 mART

DNK KLİNİKA GƏNCƏ

24 mart