Xalq arasında reflüks kimi tanınan qastroezofageal reflüks xəstəliyi, çox tez-tez rast gəlinən və həyat keyfiyyətinə ciddi təsir edən bir narahatlıqdır.
Mədə möhtəviyyatının qida borusuna qaçması kimi təyin edilən reflüks, uzun müddətli müalicə tələb edir. Döş sümüyündə yanma, yeməkdən sonra ağıza turş və ya turşulu mədə möhtəviyyatının gəlməsi, gəyirmə, hıçqırıq, udma çətinliyi, ürəkbulanma və səhərlər səs tutulması reflünün əlamətlərindəndir.
Çarpayının baş tərəfinin qaldırılması, yemək və yuxu arasında ən azı üç saatın olması, ağır yeməklərin və qazlı içkilərin qəbul edilməməsi, siqaret və spirtli içkilərdən istifadə edilməməsi, çəkiyə nəzarət edilməsi reflüks müalicəsində çox əhəmiyyətlidir.
Reflüks nədir?
Qastroezofageal reflüks; əsasən turşu, öd, qida kimi mədə möhtəviyyatının geriyə, yəni qida borusuna qaçmasıdır. Qastroezofageal reflü xəstəliyi, qida borusu örtüyünün son dərəcə həssas olması səbəbindən mədə mayeləri ilə uzun müddət təmas etməsi nəticəsində qida borusunda zədələnmə meydana gəlməsidir.
Reflüks xəstəliyinin əlamətləri
Döş sümüyünün arxasında yanma
Adətən yeməkdən sonra baş verir və önə əyiləndə artır. Döş sümüyündə yanmanın həftədə üç və ya daha çox görülməsi nəticəsində reflüks diaqnozu qoyula bilər. Yeməkdən sonra önə əyiləndə və ya uzananda ağıza turşulu və turş mədə möhtəviyyatının gəlməsi.

Udma çətinliyi:
Uzun müddətli reflüks nəticəsində yaranır və yanma ilə birlikdə ortaya çıxır. Udma çətinliyi bərk qidalara qarşı yavaş və irəliləyici şəkildə yaranır.
Reflüks;
Ağrılı udqunma
Gəyirmə Hıçqırıq
Ürəkbulanma
Qusma
Səhərlər səs tutulması
Xroniki quru öskürəklə də ortaya çıxa bilər.
Həmçinin,
Tez-tez təkrarlanan boğaz iltihabları
Ağız qoxusu
Astma tutmaları
Ağciyər infeksiyaları
Dişlərdə mina itkisi Orta qulaq iltihabları reflü ilə əlaqəli ola bilər.
Reflü mənşəli döş ağrısı isə döş qəfəsinin arxasında, orta xətdə bəzən yuxarıya doğru boyuna və ya qollara yayılan yandırıcı və sıxıcı xüsusiyyət göstərir.
Reflü səbəbindən,
Qanaxma
Qida borusunda daralmа
Bədxassəli şiş ortaya çıxa bilər
Reflüks xəstəliyinin yaranma səbəbləri
Qida borusunun turşunu təmizləmə qabiliyyətinin azalması nəticəsində qida borusu ilə mədə arasındakı birləşmənin diafraqma pərdəsinin üzərinə sürüşməsi şəklində yaranan mədə yırtıqları reflünün ən əhəmiyyətli səbəbidir.
Qastroezofageal reflüks əslində fizioloji bir hadisədir. Hər hansı bir simptom və mukozal zədə vermədən gün ərzində bir çox dəfə baş verə bilər, lakin gecə heç vaxt yaranmır.
Çünki reflüks yaranmasını əngəlləyən ən əhəmiyyətli baryеr olan qida borusunun alt ucundakı qapaqcığın bağlanması anatomik olaraq gecələr ən yüksək səviyyələrə çatır.
Reflüks necə müalicə edilir?
Reflüks müalicəsi pəhriz və həyat tərzinin dəyişdirilməsini tələb edir. Reflüks, dərman müalicəsinə əksər hallarda cavab verir. Həmçinin reflük xəstəliyinin müalicəsində endoskopik və cərrahi əməliyyatlara da müraciət edilə bilər.
Reklüks xəstəliyinin təbii yolla müalicəsi
- Çarpayının baş tərəfinin qaldırılması,
- Yemək və yuxu arasında ən azı üç saat olması,
- Yemək miqdarının azaldılması,
- Yemək tərkibindəki yağ miqdarının azaldılması,
- Siqaret və spirtli içkilərdən imtina edilməsi,
- Çəki vermək, reflü xəstəliyinin müalicəsində qeyri-dərman üsullarıdır.
Dərman müalicəsi Turşunu neytrallaşdırmaq üçün dərman müalicəsinə müraciət edilir. Xüsusilə proton pompa inhibitorları (mədə turşusu istehsalının uzun müddətli azaldılmasını təmin edən dərman qrupu) müalicəsi ilə həm simptomatik yaxşılaşma təmin edilir, həm də mukoza zədəsi aradan qalxır. Reflüks müalicəsində ən azı 4-8 həftə dərman istifadə etmək lazımdır.
Endoskopik müalicələr Endoskopik tətbiq edilən müalicə üsulları da var. Xəstə gənc yaşdadırsa və dərmanlara cavab verir, lakin artıq tibbi müalicə almaq istəmirsə, ilkin testlər aparılaraq reflüks cərrahiyyəsinə müraciət edilə bilər. Göstərişi çox yaxşı müəyyən etmək lazımdır. Həmçinin mədə yırtıqları da laparoskopik (qapalı) cərrahiyyə ilə müalicə edilir.
Hamiləlik zamanı reflüks
Hamiləlikdə reflüks xəstəliyi tez-tez ortaya çıxır. Hamiləlikdə ifraz olunan hormonların təsiri ilə aşağı ezofaqus sfinkter təzyiqi azalır. Həmçinin uşaqlığın böyüməsi ilə böyüyən bətndə mədəyə təzyiq edərək qarın daxili təzyiqin artmasına səbəb olur.
Hamilə qadının hamiləlikdən əvvəl reflüks xəstəliyi varsa, hamiləliyin son üç ayında şiddətlənir. Hamiləlikdən əvvəl reflü şikayəti olmayan hallarda da hamiləlikdə reflü görülə bilər.
Hamiləlikdə reflüks simptomları olan hamilə qadınlar:
- Şokolad
- Qəhvə
- Siqaret
- Tomat pastası, mayalı və yağlı yeməklərdən uzaq durmalıdır
- Lazım olduğundan artıq çəki almamalıdırlar
Səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün mütləq həkiminizlə məsləhətləşin.