Mədə xorası: yaranma səbəbləri və əlamətləri

Məqalədə olanlar

Mədə xorası, mədənin daxili səthini örtən qoruyucu təbəqənin zədələnməsi nəticəsində əmələ gələn, olduqca geniş yayılmış bir həzm sistemi narahatlığıdır.

Bu tip xoralar, adətən Helikobakter pilori bakteriyası və ya həddindən artıq istifadə edilən qeyri-steroid iltihabəleyhinə dərmanlar kimi faktorların səbəb olduğu mədə turşusu ifrazının artması nəticəsində inkişaf edir.

Mədə turşusu və pepsin (mədədə zülalların həzm olunmasını təmin edən enzim) qidaların həzmi üçün son dərəcə zəruri olan ifrazatlardır.

Mədə turşusu güclü bir turşu olmasına baxmayaraq (pH 1-2) normal halda mədədə və onikibarmaq bağırsağında bir zərər əmələ gətirmir.

Mukoza səthində mədə turşusunun mukozaya çatmasını əngəlləyən qalın bir mukus təbəqəsi mövcuddur (mukus = selikli maddə). Mədə mukozasında turşu, pepsin və öd turşuları kimi mukozaya zərər verə biləcək faktorlarla, mukozanı qoruyucu faktorlar arasında bir tarazlıq mövcuddur.

Bu tarazlığın hücum edici faktorlar lehinə dəyişməsi mukoza bütövlüyünün pozulmasına və xora əmələ gəlməsinə səbəb olur. Xalq arasında mədə xorası kimi bilinməsinə baxmayaraq peptik xoraların böyük bir qismi onikibarmaq bağırsağında yerləşir.

Mədə xoraları, qastrik xora, onikibarmaq bağırsağında əmələ gələn xoralar duodenal xora və ya bulbar xora adlandırılır. 3-5 mm-dən 5 sm-ə qədər genişlikdə ola bilərlər.

Cəmiyyətin təxminən 10%-nin həyatlarının hər hansı bir dövründə peptik xora xəstəliyi keçirdiyi güman edilir. Kişilərdə qadınlara nisbətən iki dəfə daha çox tezlikdə görülür.

Onikibarmaq bağırsağında xora 30-45 yaşları arasında tez-tez görülürkən mədə xoraları daha irəli yaşlarda (50-65) ortaya çıxır.

Mədə xoarsı niyə əmələ gəlir?

Mədə turşusu güclü bir hücum edici faktor olmasına baxmayaraq tək başına xora əmələ gətirməsi qeyri-mümkün görünür. Çünki xoralı xəstələrin yalnız ¼-də mədə turşusu ifrazı artmışdır və yarısında da normal həddədir.

Mədə turşusu sekresiyasının çox həddindən artıq artdığı bəzi xəstəliklərdə demək olar ki, həmişə xora əmələ gəlməsi söz mövzusu olmaqla birlikdə bu kimi hallar çox nadir olaraq görülür (Zollinger Ellison sindromu kimi).

Bununla birlikdə turşu olmadan xora olmayacağı deyimi (No acid No ulcer) günümüzdə hələ də öz qüvvəsini saxlamaqdadır, çünki mədə turşu sekresiyasını zəiflətmədən mədə və ya duodenum xorasını sağaltmaq mümkün deyil.

Günümüzdə xoranın iki əsas səbəbi olduğu qəbul edilir.

Bir çox mədə və onikibarmaq bağırsağı, mədə xoralı xəstə Helikobacter pilori (HP) adı verilən bir bakteriya ilə infeksiyalaşmışdır (75%).

Mədə xorası digər bir qrup xəstədə də uzun müddətli aspirin və ya steroid olmayan antiromatizmal dərman (NSAEİ) istifadəsi söz mövzusudur. Dünyada 15 milyon insanın NSAEİ istifadə etdiyi, bunların 60%-nin mədə şikayətləri təsvir etdiyi, 10%-da mədə və/və ya onikibarmaq bağırsaq xorası əmələ gəldiyi və təxminən 3-4%-də xəstəxanada yatmağı tələb edəcək ciddi ağırlaşmaların ortaya çıxdığı bilinir.

Digər tərəfdən xoralı xəstələrin təxminən 1/5-də HP infeksiyası və ya antiromatizmal dərman istifadəsinin aşkarlanmaması xora etiologiyasının hələ tam olaraq başa düşülmədiyinin bir göstəricisidir.

Əvvəlki illərdə xora əmələ gəlməsində mühüm bir səbəb olduğu düşünülən stress faktoru günümüzdə əhəmiyyətini itirmiş olmaqla birlikdə bədənin həddindən artıq stressə məruz qaldığı hallarda (məsələn, geniş bədən yanıqları, kəllə travmaları və reanimasiyada qalmaq kimi) ciddi mədə və/və ya onikibarmaq bağırsağı xoralarının əmələ gələ biləcəyi və xoralı xəstənin stressə məruz qaldıqdan sonra şikayətlərin arta biləcəyi bilinir.

Mədə xorası əlamətləri

Mədə xorasının ən çox görülən əlaməti qarının üst hissəsində, iki qabırğa qövsü arasında və döş sümüyünün alt ucu ilə göbək arasında ümumiyyətlə ovuc içi ilə ifadə edilən bir bölgədə hiss edilən küt bir ağrıdır.

Ağrı, əzilmə, qaşınma və ya yanma şəklində də ola bilər, arxaya iki kürək sümüyünün arasına və qarının yan tərəflərinə yayıla bilər. Gecə yuxudan oyada bilər.

Ağrı ilə birlikdə bəzən ürəkbulanma və qusma ola bilər. Ağrı 15-20 dəqiqədən bir neçə saata qədər dəyişən bir müddət davam edə bilər. Ac qalma sonrasında başlaya bilər.

Ümumiyyətlə qida və ya antasid qəbulu ilə yüngülləşir və ya keçir. Bu səbəbdən xəstələr tez-tez yemək yemək ehtiyacı duya bilərlər. Mədə xorası olan xəstələrdə ağrı yeməkdən sonra arta bilər və şişkinlik və qaz şikayəti daha qabarıq ola bilər.

Bəzi xəstələrdə heç bir əlamət yox ikən qanaxma və ya deşilmə xoranın ilk əlaməti ola bilər. Qusma şikayəti ön planda olan xəstələrdə çəki itkisi görülə bilər. Bəzi xəstələrdə şikayətlər mövsümi dəyişikliklər göstərərək xüsusilə yaz aylarında şiddətlənə bilər.

Mədə xorasının diaqnozu necə qoyulur?

Mədə xorası təşxisi mədə xorası şikayətləri ilə həkimə müraciət edən xəstələrdə müraciət ediləcək diaqnoz metodu xoranın birbaşa olaraq görülərək təşxis edilməsinə və lazım gəldikdə toxuma nümunəsi götürülməsinə imkan verən endoskopiyadır (Qastroskopiya).

Nadir hallarda bəzi vaxtlarda bariumlu mədə duodenum qrafiyası diaqnozda köməkçi ola bilər. Mədə xorası şübhəsi olan xəstələrə xərçəng ehtimalını uzaqlaşdırmaq üçün mütləq endoskopik müayinə aparılmalı və araşdırılmaq üçün toxuma nümunəsi (biopsiya) götürülməlidir.

Mədə xorası müalicəsi

Mədə xorası müalicəsində ilk addım mədə turşusunun azaldılmasıdır. Turşu ifrazı bastırıldıqda yalnız turşu mühitdə aktivləşə bilən bir enzim olan pepsin də inaktivləşdirilmiş olur.

Günümüzdə mədə turşusu ifrazını güclü şəkildə bastıran dərmanlar sayəsində xora müalicəsi olduqca uğurlu şəkildə aparıla bilir. Aktiv dərman müalicəsinin nə qədər müddətlə davam edəcəyinə həkiminiz qərar verəcəkdir.

Turşu ifrazının azaldılması ilə yanaşı xora müalicəsində ikinci edilməli olan şey mədələrində HP aşkar edilən xəstələrdə bu bakteriyanın müalicə edilməsidir.

Bu müalicə ümumiyyətlə ən azı iki növ antibiotik ehtiva edən 1 və ya 2 həftəlik müalicə rejimləri istifadə edilərək aparılır. Hansı müalicə rejiminin seçiləcəyinə həkiminiz qərar verəcəkdir. HP müalicəsi xüsusilə xoranın təkrarlanmasının qarşısının alınması baxımından əhəmiyyətlidir.

Tək başına bakteriyanın müalicə edilməsi xora müalicəsi üçün yetersizdir, xoranın sağalması üçün mədə turşusunun yetərli bir müddət bastırılması lazımdır (ümumiyyətlə 6-8 həftə).

Mədə xoralarında ümumiyyətlə daha uzun müddətli bir müalicəyə ehtiyac duyulur. Mədə xoraları müalicə sonrasında mütləq endoskopik olaraq nəzarət edilməli və tamamilə sağaldıqları görülmədən xəstə nəzarətsiz buraxılmamalıdır.

Xora aşkar edilən xəstələrdə aspirin və /və ya antiromatizmal dərman istifadəsinə ara verilməsi lazımdır. Bu dərmanlar çox zəruri olduqlarında yalnız həkim nəzarətində istifadə edilə bilər.

Mədə xorasında dərman müalicəsi davam edərkən xəstələrin həyat tərzlərində, siqaretin istifadəsinin sonlandırılması və alkoqol istehlakının azaldılması kimi bəzi dəyişikliklər edilməsi uyğun olur.

Siqaret istifadə etməyə davam edən xəstələrdə xora daha tez-tez təkrarlanır. Acılı, ədviyyatlı, turşulu və kafein tərkibli qida və içkilər və alkoqol xoranın aktiv olduğu dövrlərdə şikayətlərin artmasına səbəb ola biləcəyi üçün müalicənin erkən dövrlərində istehlakları məhdudlaşdırıla bilər.

Bundan başqa xoralı xəstədə xüsusi bir pəhriz tətbiq etmək lazım deyil. Süd içməyi sevən xəstələrin gündə 1-2 stəkan süd içmələrinə icazə verilə bilər. Südün müalicə məqsədi ilə tez-tez aralıqlarla içilməsi məsləhət deyil. Stressli bir həyat sürən xəstələrdə stressin azalmasına yönəlik yanaşmalar müalicədə köməkçi ola bilər.

Cərrahi müalicə günümüzdə yalnız tibbi və endoskopik müalicəyə cavab verməyən qanaxma, tıxanma və deşilmə kimi ağırlaşmalar ortaya çıxdıqda tətbiq edilir.

Səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün mütləq həkiminizlə məsləhətləşin.