Maqnezium (Mg), insan orqanizminin özünün istehsal edə bilmədiyi, qida və ya əlavələr şəklində qəbul edilə bilən, orqanizmin funksiyaları üçün istifadə olunan mühüm bir mineraldır.
Orqanizmdəki ən əhəmiyyətli faydası sinir və əzələ funksiyalarını qoruması, immuniteti dəstəkləməsi, ürək döyüntü ritmini tarazlaşdırması, sümük sağlamlığını qoruması və qan şəkəri səviyyəsini tənzimləməsidir.
Orqanizmdə olan maqneziumun təxminən 60%-i dişlərdə və sümüklərdə olarkən, 39%-i yumşaq toxumalarda yerləşir. Nisbəti çox aşağı olmaqla bərabər, 1%-lik bir hissə qanda mövcuddur.
Gündəlik maqnezium ehtiyacımız nə qədərdir?
Bu şəxsin cinsinə, yaşına, sağlamlıq vəziyyətinə görə dəyişir. Gündəlik aldığımız Elemental maqnezium miqdarı vacibdir. Gündəlik orta ehtiyac təxminən kişilərdə 400 mq, qadınlarda 300 mq olaraq deyilə bilər.
Maqnezium çatışmazlığı düşünülürsə, gündəlik ehtiyacdan artıq istifadə edilməsi tövsiyə olunur. Maqneziumun təsiri üçün D vitaminin kifayət qədər səviyyədə olması vacibdir. Yüksək doza maqnezium alınacağı zaman bir dəfədə almaq əvəzinə bölünərək alınması üstünlük verilir.
Hansı maqnezium formasını istifadə etməliyəm?
Bu sualın cavabı maqnezium istifadəsindən gözləntinizin nə olduğuna görə dəyişəcəkdir. Yuxu problemi, baş ağrıları, əzələ krampları, depressiya, yorğunluq kimi bir çox şikayət ola bilər.
Şikayətinizin və sağalma gözləntinizin nə olduğuna görə tövsiyə olunacaq maqnezium forması da dəyişəcəkdir.
Maqnezium əlavələrdə duz halında olur. Qeyri-üzvi və ya üzvi duzlar mövcuddur.
Qeyri-üzvi duzlarda maqnezium miqdarı yüksəkdir, lakin həll olunma qabiliyyəti aşağıdır və sorulması pisdir.
Maqnezium oksid, maqnezium hidroksid, maqnezium sulfat, maqnezium fosfat kimi qeyri-üzvi maqnezium duzları mövcuddur. Bağırsaqda çox miqdarda qaldığı üçün ürəkbulanma, qaz, ishal kimi şikayətlərə səbəb ola bilər. Qəbizlik şikayəti olanlarda daha çox üstünlük verilir.
Üzvi Maqnezium Duzları |
---|
Maqnezium sitrat |
Maqnezium malat |
Maqnezium qlisinat |
Maqnezium N-asetiltaurinat |
Maqnezium L-treonat |
Maqnezium pikolinat |
Maqnezium aspartat |
Maqnezium Taurat |
Maqneziumu hansı xəstəliklərdə qəbul etməliyik?
Maqnezium sitrat: Əzələlərlə bağlı şikayətlərdə üstünlük verilir. Əzələ ağrıları, ayaqlardakı kramplarda faydalı ola bilər. Qəbizlikdə də istifadə oluna bilər.
Maqnezium malat: Xüsusilə enerji istehsalına dəstək istəndikdə, ağrı və həssaslıq, xroniki yorğunluq və kramp vəziyyətlərində, insulin müqavimətində təsirli olur. Xüsusilə enerji ehtiyacının artdığı vəziyyətlərdə üstünlük verilir.
Maqnezium Qlisinat: Yuxu problemlərində, narahatlığı azaltmada, ağrının azalmasında, aybaşı dövründə ağrılarda, miqren baş ağrılarında təsirlidir.
Maqnezium taurat: Qan şəkərinin tənzimlənməsi, qan təzyiqinin balanslanması, ürək problemlərində ürəyin qorunmasında faydalı ola bilər.
Maqnezium N-asetiltaurinat: Miqren müalicəsində, narahatlığın azaldılması, yaddaş problemlərində, Premenstrual simptomların yaxşılaşdırılmasında, təzyiqin və qan şəkərinin tənzimlənməsində təsirli ola bilər.
Maqnezium L-treonat: Yaddaş və koqnitiv funksiyalarda yaxşılaşma təmin edir. Yuxu pozğunluqlarında faydalıdır. Depressiv vəziyyət, yaddaş itkisi, stress və narahatlıq kimi pozğunluqlarda da faydalı ola bilər.
Epsom duzu maqnezium sulfat: Vanna üçün istifadə edilə bilər. Lokal təsirindən faydalanmaq istədikdə, oynaq və əzələ ağrılarında, dəri xəstəliklərində və yorğunluqda üstünlük verilir.
Maqnezium əlavəsinin faydaları
İstifadə etməyə başladığınız zaman bədəninizdə və gündəlik həyatınızda gözlə görünür şəkildə fərq yaradan maqnezium əlavəsinin bir çox faydası var.
Maqnezium qida əlavəsi faydalarını bu şəkildə sıralaya bilərik:
- Yuxu keyfiyyətini artırır və gecə yuxudan tez-tez oyanma vəziyyətini azaldır
- Gün ərzində daha enerjili olmağı təmin edir
- Hipertenziya və ürək xəstəliklərinin qarşısının alınmasına kömək edir
- Ürək tutması riskinin azaldılmasına töhfə verir
- Maqnezium çatışmazlığından qaynaqlanabiləcək əzələ, boyun, oynaq ağrısı və bel ağrılarının qarşısını alır
- Çox miqdarda kalsium olması vəziyyətində sinir hüceyrələrinin mənfi istiqamətdə təsirlənməsini əngəlləyir
- Əzələ kramplarında gözlə görünür səviyyədə azalma müşahidə olunur
Bir çox narahatlığın həllində xeyli töhfəsi olan maqnezium əlavəsinin istifadə şəkli və istifadə dozası ehtiyaca görə dəyişə bilər.
Maqnezium qəbul edərkən yarana biləcək yan təsirlər
İshal, ürəkbulanma kimi bağırsaq şikayətləri ola bilər. Fərqli maqnezium formalarının sınanması və şəxsə uyğun formanın tapılması düzgün olacaqdır.
Maqneziumu hansı saatda qəbul etməliyəm?
- Yeməkdən 2 saat sonra maqnezium sorulması üçün ən uyğun zamandır.
- Qəbul edilən maqnezium formasına bağlı olaraq səhər və ya axşam saatlarında qəbul edilməsi tövsiyə oluna bilər.
- Maqnezium Qlisinat və N-asetiltaurinatın axşam qəbul edilməsi, malat və ya sitrat tərkibli formaların isə səhər saatlarında qəbul edilməsi tövsiyə olunur.
- Maqnezium mədə boş olduqda qəbul edilməlidir. Turşuluq maqnezium sorulması üçün vacibdir.
- Maqnezium qəbul etdikdən sonra da 1 saat yemək yeməmək lazımdır.
- Kombinə edilmiş maqnezium formaları yuxunuza təsir etmirsə, axşam qəbul edilə bilər. Lakin yuxunuzu pozursa, yatmağınıza mane olursa, gündüz qəbul etməyiniz tövsiyə olunur.
Maqnezium qəbul edərkən nələrə diqqət edilməlidir?
- Böyrək problemi olanlar və ya böyrək xəstəliyi olanlar həkimlərinə məsləhətləşərək qəbul etməlidirlər.
- Miasteniya qravis, atrial fibrillyasiya vəziyyətlərində.
- İshal vəziyyətində ishalı artıra bilər.
Bu məlumat yalnız maarifləndirmə məqsədi daşıyır və tibbi məsləhət əvəzi deyildir. Hər hansı sağlamlıq problemləri üçün həmişə həkim mütəxəssis ilə məsləhətləşin.