Hepatit D, qaraciyərdə ciddi zədələnməyə, qaraciyər xərçənginə, qaraciyər çatışmazlığına və ölümcül nəticələrə səbəb ola bilən, hepatit delta virusunun (HDV) törətdiyi bir qaraciyər infeksiyasıdır.
Hepatit D virusu yoluxucu bir xəstəlikdir və HDV üçün hələ ki, bir peyvənd və ya müalicə mövcud deyil, lakin hepatit B peyvəndi tövsiyə edilə bilər. Erkən diaqnoz qoyulduqda qaraciyər çatışmazlığının qarşısını almağa kömək edə biləcək müalicələr tətbiq oluna bilər.
Hepatit D kəskin və ya xroniki ola bilər. Kəskin HDV qəflətən inkişaf edir və ciddi simptomlara səbəb olur. Öz-özünə sağala bilər. İnfeksiya 6 ay və ya daha uzun müddət davam etdikdə, bu vəziyyət xroniki HDV olaraq bilinir.
Xroniki hepatit D virusu irəlilədikdə fəsad riski artır. Hepatit D-nin nəticəsi olaraq, əksər hallarda xəstələr sirrozdan və ya qaraciyərdə ciddi çapıqların olmasından şikayətlənirlər.
Hepatit D virusu necə yoluxur?
Hepatit D yoluxucu bir xəstəlikdir. Yoluxmuş şəxsin bədən mayeləri ilə təmasda olduqda yoluxa və yayıla bilər. Hepatit D virusunun inkişafı üçün ilk növbədə şəxsin orqanizmində hepatit B virusu olmalıdır. Hepatit B virusu kimi, hepatit D virusu da qan və ya yoluxmuş bədən mayeləri ilə (tatuaj, inyeksiya kimi) təmas yolu ilə yayıla bilər.
Hepatit D əlamətləri nələrdir?
Hepatit D infeksiyası olduqda xəstədə mövcud olan hepatit B simptomları daha da ağırlaşa bilər.
Hepatit D infeksiyasının əlamətləri aşağıdakılardır:
Güclü halsızlıq və yorğunluq,
Səbəbsiz çəki itkisi,
Qızdırma,
Ürəkbulanma və qusma,
Qarın ağrısı,
Sarılıq,
Tünd rəngli sidik və nəcis rənginin açılması,
Bədəndə öz-özünə yaranan göyərmələr,
Səbəbsiz qanaxmalar və qanaxmanın dayanmaması,
Dərinin və göz ağının saralması.
Hepatit D hansı xəstəliklərə səbəb ola bilər?
Hepatit D virusu qaraciyərdə ciddi zədələnmələrə və simptomlara səbəb ola bilən bir qaraciyər xəstəliyidir. Hepatit D infeksiyasının səbəb olduğu xəstəliklər bunlardır:
Qaraciyər çatışmazlığı
Hepatit D risk faktorları nələrdir?
Hepatit D virusu qan və ya yoluxmuş bədən mayeləri ilə (tatuaj, inyeksiya kimi) təmas yolu ilə yayıla bilər.
Hepatit D risk faktorlarına aşağıdakı hallar daxil ola bilər:
Hepatit B virusu daşıyıcısı olmaq,
HDV-yə yoluxmuş şəxslərlə cinsi əlaqə,
Birdən çox cinsi partnyoru olan və ya cinsi yolla ötürülən xəstəlik diaqnozu qoyulmuş şəxslər,
İnyeksiya yolu ilə narkotik istifadəçiləri,
Hamiləlik zamanı yoluxma (ana virusu körpəsinə ötürə bilər).
Hepatit D diaqnozu necə qoyulur?
Hepatit D diaqnozu sahə üzrə ixtisaslaşmış həkimlər tərəfindən qoyulur. Həkim ilk olaraq şəxsdə olan simptomları və həyat tərzini öyrənmək üçün bir sıra suallar verir.
Sonra şəxsə fiziki müayinə tətbiq olunur və dəri rəngindəki dəyişiklik, aşağı ətraflarda, ayaqlarda və ya topuqlarda şişkinlik, qarındakı həssaslıq və ya şişkinlik kimi qaraciyər zədələnməsi əlamətləri dəyərləndirilir. Bu vəziyyətdən şübhələnildiyi halda, xəstədən bəzi qan analizləri götürülür.
Hepatit D müalicəsi varmı? Necə aparılır?
Bəli, Hepatit D üçün müalicə mövcuddur, lakin bu müalicənin məqsədi virusu tamamilə məhv etməkdən daha çox, onun qaraciyərə vurduğu zərərin qarşısını almaq və xəstəliyin irəliləməsini yavaşlatmaqdır. Hepatit D virusu (HDV) yalnız Hepatit B virusu (HBV) olan insanlarda rast gəlindiyi üçün müalicə mürəkkəb ola bilər.
Hepatit D-nin müalicəsi mütləq təcrübəli bir hepatoloq və ya infeksionist tərəfindən aparılmalıdır. Müalicənin növü və müddəti xəstənin ümumi vəziyyətinə, qaraciyərinin nə dərəcədə zədələndiyinə və digər amillərə əsasən fərdi olaraq təyin edilir.
Tez-tez verilın suallar (FAQ)
Hepatit D virusu insana necə yoluxur?
Nə üçün Hepatit D yalnız Hepatit B olanlarda olur?
Hepatit D-dən tamamilə sağalmaq mümkündürmü?
Hepatit D-dən qorunmaq mümkündürmü?
Səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün mütləq həkiminizlə məsləhətləşin.