Böyük bayıra gedən zaman çətinlik çəkmək həmçinin saatlarda tualetdə oturmaq məcburiyyəti bir çox pasientlərin bizə utana-utana etdiyi şikayətlərdəndir.
Əlbəttə bu cür şikayətlərin altında çox zaman qəbizlik kimi tanıdığım xəstəlik olur. Lakin bu yazımızda sizlərə böyük bayıra rahat çıxa bilmək üçün edə biləcəyiniz bəzi addımları sadalamaq istərdik.
Lakin öncədən qeyd edim ki əgər böyük bayıra çıxmaqda çətin evdə alınan tədbirlərlə keçmirsə və/və ya ürəkbulanma, qusma, düz bağırsaqda qanaxma, şişkinlik, qarın ağrısı, çəki itkisi varsa, mütləq bir həkimə müraciət edilməlidir.
Uzun müddətli qəbizlik düz bağırsaq və anusda damarları şişirdərək babasil (hemorroid) probleminə səbəb ola bilər, anus və kanal girişində çatlamalar yarada bilər. Bu səbəbdən uzun sürən qəbizlikdə altda yatan səbəb araşdırılmalı, təsbit edildikdən sonra müalicəyə başlanmalıdır.
Böyük bayıra rahat çıxa bilmək üçün nə edə bilərik?
Adətən qəbizlik vəziyyətində dərman istifadəsinə ehtiyac duyulmur. Diqqət edilə biləcək bəzi nöqtələrlə bu narahatlığın aradan qaldırılması mümkündür.
Qəbizlik necə keçər nöqtəsində alına biləcək tədbirlər bunlardır:
- Qəbizliyə səbəb ola biləcək qidaların qəbulu məhdudlaşdırılmalıdır.
- Bol-bol maye alınmalıdır.
- Lifli qidalar qəbul edilməlidir.
- Qeyri-sağlam və emal edilmiş qidalardan çəkinilməlidir.
- Kofein qəbulu məhdudlaşdırılmalıdır.
- Yeməklər udulmadan əvvəl yaxşıca çeynənməlidir.
- Müntəzəm olaraq fiziki aktivlik edilməlidir.
- Bitki çayları bağırsaqları işlədir. Bu dövrdə qəbul edilə bilər.
- Bağırsaqları tənzimlədiyi üçün kefir, yoğurt kimi probiyotik tərkibli qidalar qəbul edilə bilər.
- Tualetə getmək istəyi gəldiyində, qarşı çıxmadan dərhal tualetə gedilməlidir. Şəxs özünə ehtiyacı qədər vaxt verməlidir.
Körpələrdə də tez-tez görülə bilən qəbizlik üçün körpələrdə qəbizliyə nə yaxşı gəlir sualının cavabı valideynlər tərəfindən maraq doğurur. Böyüklərdə olduğu kimi körpələrdə də maye qəbulunun dəstəklənməsi, lif baxımından zəngin alma, armud kimi meyvələrin qidalanma rejiminə əlavə edilməsi qəbizliyin aradan qaldırılmasına kömək edir.
Həmçinin körpənin qarın bölgəsinə yüngülcə və dairəvi hərəkətlərlə masaj etmək də bağırsaq hərəkətini təhrik edə bilər.
Bu məlumat yalnız maarifləndirmə məqsədi daşıyır və tibbi məsləhət əvəzi deyildir. Hər hansı sağlamlıq problemləri üçün həmişə həkim mütəxəssis ilə məsləhətləşin.