SİBO xəstəliyi nazik bağırsaq da, aşırı bakterial çoxalma nəticəsində yaranır. Nazik bağırsağınızda bakteriyaların yaşaması normal və sağlamdır, lakin həddindən artıq çox olduqda – xüsusilə də yanlış növdə olduqda – həzm sisteminiz üçün problemlər yarada bilər.
Qarında köp, aşırı qaz, pis qoxulu qaz, ağız qoxusu, qarında sancı, ishal, qəbizlik və yaxud da hər ikisinin növbələşməsi kimi əlamətləriniz varsa, müasir dövrün müasir xəstəliyi SİBO xəstəliyi sizdə ola bilər.
Çox vaxt Sibo xəstəliyi irritabul bağırsaq sindromu ilə qarışıq salınır, lakin mən öz xəstələrimdə də otuz qırx faiz hallarda bu iki xəstəliyi bir yerdə görürük.
Daha çox bakteriya mövcud olduqda və qidalandıqda, həmişəkindən daha çox köp hiss edə bilərsiniz. Bakteriyalar həmçinin orqanizminiz üçün nəzərdə tutulmuş zülalları və B12 vitaminini, eləcə də yağların həzmində kömək etməli olan öd duzlarını mənimsəyirlər.
SİBO xəstəliyinin əlamətləri
SIBO xəstəliyinin simptomları bir çox başqa mədə-bağırsaq xəstəliklərinə bənzəyə bilər və çox vaxt başqa bir xəstəlik SIBO-ya səbəb olur. Vəziyyətinizin ağırlığından asılı olaraq bu simptomların bir neçəsini və ya çoxunu yaşaya bilərsiniz:
- Qarın ağrısı.
- Qarında şişkinlik
- Ürəkbulanma.
- Köp.
- Həzmsizlik.
- Qaz.
- İshal.
- Qəbizlik.
- İstəmədən çəki itirmə.
- Yorğunluq.

Lakin bəiz xəstələrdə digər bağırsağa bağlı olmayan əlamətlərlə də özünü göstərə bilər.
- Yuxusuzluq
- Baş ağrısı
- Halsızlıq
- Depressiv hal
SİBO xəstəliyi nədən yaranır?
SİBO xəstəliyinin yaranmasında etioloji faktorlar arasında uzun müddət qeyri steroid dərmanlardan istifadə, antibiotiklərdən istifadə, bağırsaq mikro florasının pozulması çox önəmli yer tutur.
SİBO xəstəliyi ən çox kimlərdə görülür?
Risk qrupunda ilkin olaraq qadınlar gəlir. Aşağıda qeyd etdiyimiz xəstəliklərin hər birində SİBO yanaşı olaraq görünə bilər.
- Şəkərli diabet
- İnsulin dirənci
- Metabolik sindrom
- Revmatoloji xəstəliklər
- İmmun sistemi ilə bağlı digər xəstəliklərdə.
SİBO həmçinin çox önəmli həzm sistemi xəstəliklərində yanaşı olaraq görülə bilər və biz bu xəstəlikləri qarışdıra bilərik.
Bu xəstəliklər hansılardır?
- Çölyak xəstəliyi
- İltihabi bağırsaq xəstəlikləri
- Laktoz intoleransı
- İrritable bağırsaq sindromu
Bu zamanda sibo xəstəliyinin verdiyi əlamətlər görülə bilər.
SİBO xəstəliyinin diaqnozu
Xəstəliyin diaqnosatikasında hazırda Azərbaycan bir az çətinliklər çəkirik. Bu səbəbdən, biz xəstədən çox ciddi anamnez toplayırıq ki, bu diaqnozu qoymağa çalışaq.
Diaqnozun qoyulmasında invaziv və non invaziv testlər var ki, dünyada rahat olduğu üçün ən çox non invaziv testlər istifadə olunur.
Lakin Azərbaycan çox istifadə edə bilmədiyimiz üçün çox çətinliklə diaqnozu qoya bilirik. Lakin, xəstələrin şikayətlərinə görə bu diaqnozu qoyub müalicə tətbirlərimizi apara bilirik.
SİBO xəstəliyinin müalicəsi
Yüngül gedişli formalarında hətta pəhriz belə yetərli olur.
Pəhriz zamanı nələrə diqqət etməliyik?
- Şəkərli qidalardan uzaq durmaq
- Qlutensiz bəslənmək
- Bol maye qəbul etmək
- Lifli qidalara üstünlük vermək
Lakin xəstəlik əgər çox ağır və ciddi əlamətlərlə özünü göstərirsə, keçməyən ishal, qarın ağrısı, çəki itkisi, bu zaman biz mütləq yanaşı olaraq ciddi ağırlaşmalar görürük.
Dəmir defisiti, lazımı vitamin əskikliyi, mineralların defisiti və xüususilə yağda həll olan vitaminlərin defisitini görürük ki, mütləq müalicə zamanı bu çatışmayan vitaminlər və minerallar yerinə qoyulmalıdır.
Müalicə taktikamızda SİBO xəstəliyini yarandan səbəbləri aşkarlayıb ortadan götürmək lazımdır.
Qaz, Şişkinlik, İshal, Qəbizlik, Keçməyən ağrılar Keçməyən baş ağrısı, Depressiya
Bütün bu hallar sizdə müşahidə olunursa mütləq həkim mütəxəssisə müraciət etməyiniz tövsiyyə olunur.
Bu şikayətləriniz altında SİBO xəstəliyi çıxa bilər.
Səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün mütləq həkiminizlə məsləhətləşin.