Oruc tutmaq istəyənlər nələrə diqqət etməlidir? Həkim məsləhəti

Məqalədə olanlar

Müqəddəs Ramazan ayı daxil olandan bəri oruc tutan bir çox insanı eyni suallar düşündürür: “Mədəmdə problem varsa, oruc tuta bilərəmmi?”, “İftardan sonra niyə köp olur?”, “Qəbizlikdən necə qorunmaq olar?”.

Bu bloq yazısında mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlər və sağlam qidalanmaq istəyənlər üçün vacib məqamları topladıq.

1. Kimlər oruc tuta bilər, kimlərə tövsiyə edilmir?

Əksər hallarda mədə-bağırsaq şikayətləri olanlar müəyyən qaydalara əməl etməklə oruc tuta bilərlər. Lakin bəzi istisnalar var:

  • Tuta bilənlər: Öd kisəsi çıxarılmış, mədəkiçiltmə əməliyyatı keçirmiş (əgər fəsad yoxdursa) və ya mədə balonu olan şəxslər normal qaydada oruc tuta bilərlər.

  • Tövsiyə edilməyənlər: Ciddi mədə və 12-barmaq bağırsaq xorası olanlar, yaxın keçmişdə mədə qanaxması keçirmiş şəxslər, kontrol olunmayan ağır şəkərli diabet xəstələri, hamilə və süd verən qadınlar.

  • Hepatit B xəstələri: Ömür boyu dərman qəbul edən bu şəxslər, həkimlə məsləhətləşərək dərman saatını imsaq və ya iftara keçirməklə oruc tuta bilərlər.

2. Mədədə yanma və göynəmə: Səbəb nədir?

Oruc tutarkən yaranan yanma hissi çox vaxt reflüks ilə bağlıdır. Əgər bu şikayətlər yalnız Ramazanda başlayıbsa, qidalanmanıza diqqət yetirməlisiniz:

  • İmsaqda mədə turşuluğunu artıran acı, turş qidalardan və həddindən artıq çay qəbulundan uzaq durun.

  • Şikayətlər davam edərsə, mütləq qastroenteroloq həkimə müraciət edin.

3. Ramazanda qəbizlik problemi və həlli

Qidalanma rejiminin dəyişməsi və suyun azalması qəbizliyə yol açır. Bundan qorunmaq üçün:

Lifli qidalar: Həm imsaqda, həm iftarda bol meyvə, tərəvəz və göyərti qəbul edin.

Su qəbulu: İftardan sonra çay, kofe və ya şirələrə deyil, məhz təmiz su qəbuluna üstünlük verin.

4. İftardan sonra həzimsizlik və köpü necə azaltmalı?

Ən böyük səhv iftarda birdən-birə və sürətlə çox miqdarda qida qəbul etməkdir.

Qızıl qayda: İftarı su ilə açın, sonra duru bir şorba için. Yarım saat fasilə verdikdən sonra bərk qidalara (ət, plov və s.) keçin. Bu, mədənin yükünü azaldır və həzmi asanlaşdırır.

5. Qaraciyər yağlanması olanlar üçün oruc faydalıdırmı?

Oruc əslində qaraciyer üçün bir fürsətdir, lakin bir şərtlə: İftardan sonra həddindən artıq kalori almamaq. Əgər iftardan sahuradək davamlı meyvə (meyvə şəkəri insulini artırır) və ağır yeməklər yeyib hərəkətsiz qalsanız, qaraciğer yağlanması daha da arta bilər. Fayda görmək üçün kalori miqdarını qorumalı və hərəkət etməlisiniz.

Unutmayın ki, aclıq bədən üçün bir yenilənmədir, lakin mədənizdə kəskin ağrılar yaranarsa və bu ağrılar yeməkdən və ya ilıq süddən sonra keçərsə, bu ciddi bir problemin (xora, eroziya) xəbərçisi ola bilər. Belə halda mütləq həkim qastroenteroloq  rəyi alın.

Xəbərdarlıq: Bu məqalə informativ xarakter daşıyır və peşəkar tibbi məsləhətin yerini tuta bilməz. Diaqnoz və müalicə üçün mütləq həkimə müraciət edin.